- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsidə “Daçiya” klubu Bakıda “Kəpəz”in qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, “sarı canacarlar”, ötən gün “Dalğa Arena”dakı son məşqi ilə bağlı rəsmi saytında yerləşdirilən materialda kobud səhvlə bağlı üzr istəyib. Moldova təmsilçisinin portalında arenanın yerləşdiyi Mərdəkanın adının erməni əsilli olduğu iddia edilmişdi.
Bu isə “Kəpəz”in ciddi etirazına səbəb olmuş və Gəncə klubunu narazılığını qarşı tərəfin diqqətinə çatdırmışdı. Artıq “Daçiya” rəsmi saytı vasitəsilə bu məsələyə görə üzr istəyib. Klubun rəsmi mövqeyi ilə yanaşı, prezident Aldan Şişxanov da kobud səhvə görə Azərbaycan xalqından, “Kəpəz” azarkeşlərindən üzr istəyib.
Onlar bunun heç bir təxribat xarakteri daşımadığını, sadəcə, klubun mətbuat xidmətinin əməkdaşlarının səhvi olduğunu diqqətə çatdırıblar və ümid etdiklərini vurğulayıblar ki, bu qalmaqal iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək.