- Baxış sayı: 49
- 09 Aprel 2025 23:16
- Baxış sayı: 36
- Aprel 11, 2025
- 0
Moskvada ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Boyanka Kostovadan (59 kq) sonra növbə Əliş Nəzərov və Dadaş Dadaşbəyliyə çatıb. Onlar 102 kq-da mübarizə aparıblar.
Adı 2-ci çəkilən idmançımız qoparmada 177 kq nəticə ilə bütün rəqiblərini üstələyib. O, təkanla qaldırmada 202 kq-ı ram edib və 7-ci olub. Toplam 379 kq (177+202) nəticə göstərərək, yekun sıralamada bürünc medal qazanıb.
Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yeri tutub. Kişilərdə komandamızın baş məşqçisi Asif Məmmədovdur.