- Baxış sayı: 102
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
“Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatında ikinci, eyni zamanda son yarış günü start götürüb. Allsport.az xəbər verir ki, Türkiyənin paytaxtında yerləşən “Altunpark-Axarsu” İdman Kompleksində körpücük üzərinə ilk olaraq yaşı 20-yə qədər olan idmançılar çıxıblar. Azərbaycan idmançısı qızıl medal qazanmaqla bizləri sevindirib.
“Abşeron-Zirvə” idmançısı Dadaş Dadaşbəyli toplam 352 kq (162+203) nəticə və 401.94 Sinkleyr xalı ilə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Moldovadan Adrian Mortikala tutub. O, 335 kq (155+180) nəticə və 378.49 xal toplayıb. Bürünc medal isə 295 kq (138+157) və 375.69 xal qazanan gürcü idmançı İrakli Qabritçedzeyə qismət olub.