- Baxış sayı: 57
- 18 Mart 2026 20:11
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Dağıstanda Yelena İsinbayeva stadionunun adı dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, indi arena əvvəllər olduğu kimi “Trud” (Əmək) adlanacaq. Bu barədə qərar avqustun 18-də rayon hökumətində imzalanıb.
“Dağıstan Respublikasının dövlət büdcə müəssisəsi “Olimpiya çempionu Yelena İsinbayeva adına stadion” dövlət büdcə təşkilatı “Stadion Trud” adlandırılsın.
Dağıstan Respublikasının bədən tərbiyəsi və idman nazirliyi bu qərarın 1-ci bəndinin icrası üçün zəruri olan tədbirlərin həyata keçirilməsini təmin etməlidir”, – qərarda bildirilir.