- Baxış sayı: 25
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

“Əl-Hilal” klubu yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçlə müqaviləsinin müddətini uzatmaq barədə razılığa gəliblər.
Allsport.az xənər verir ki, yeni sözləşmə 2028-ci ilədək nəzərdə tutulub. Serbiyalı futbolçunun əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi.
30 yaşlı oyunçu 2023-cü ilin iyununda 40 milyon avro qarşılığında “Latsio”dan “Əl-Hilal”a transfer olunmuşdu.
Milinkoviç-Saviç Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində indiyə qədər 105 matç keçirib, 31 qol vurub və 27 məhsuldar ötürmə edib.