- Baxış sayı: 46
- 09 Aprel 2025 23:16
- Baxış sayı: 100
- Aprel 11, 2025
- 0
Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmələr arasında Azərbaycan birinciliyinin 2-ci gününə də yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, 15 yaşlılarda Sumqayıt idmançısı Turan Əliyev (61 kq) cəmdə 192 kq (88+104) nəticə ilə qalib olub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə (67 kq) 1-ci yer tutub.
17 yaşlılarda toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin Osmanov (55 kq), 218 kq (98+120) nəticə ilə digər Qazax ağırlıqqaldıranı Qasım İsmayılov (61 kq) rəqiblərini üstələyiblər.