- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bu gün Bakı-2015 Avropanın daha 5 ölkəsi ilə yayım haqqında saziş imzalayıb. Allsport.az xəbər verir ki, hazırda qüvvədə olan anlaşmaya əsasən, Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq. Sözü gedən müqavilələr sazişlər Bakı-2015-in yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son anlaşmadır.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin açıqlaması belədir: “Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq. Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının Bakı 2015 Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çox şaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək. Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ya çatmasını gözləyirəm”.
Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə ediblər.
Həmçinin, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçiriləcək. Bakı 2015-in rəhbər şəxsləri tədbir iştirakçılarına İlk Avropa Oyunlarına hazırlıqların ən son yenilikləri haqqında ətraflı məlumat verəcəklər.