“Daha çox qol vura bilərdik”

“Bavariya”nın baş məşqçisi Vensen Kompani çempionlar liqasının üçüncü turunda “Brügge”yə 4:0 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasının yaxşı oynadığını bildirib: “Daha çox qol vura bilərdik. Yaxşı ev oyunu idi. Çoxlu gənc oyunçulara fürsət verdik. Karl vacib matçda göstərdi ki, bizə kömək edə bilər. Belə davam etsə, mövsüm boyu oyun imkanları olacaq”.

“Bavariya”nın 9 xalı var və çempionlar liqasının turnir cədvəlində ikincidir. “Brügge” üç xalla 20-ci yerdədir.

Həmin kateqoriyadan