- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

Azərbaycan premyer liqasının IX turunun “Qarabağ” – “Şamaxı” oyunundan (0:0) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis matç barədə bunu deyib:
“Bizim üçün asan olmadı. Sadəcə, daha sürətli oyunun keçməsini istərdim. Təəssüf ki, alınmırdı. Rəqibin oyun üslubu elə idi ki, meydanda yerləşməyə rahat imkan olmurdu. Əks-hücumlara sürətli keçirdilər.
Matçın tez-tez dayanması da müəyyən problem yaradırdı. Xallarımızın üzərinə daha bir xal gəldi. Azarkeşlər sağ olsunlar, yenə sona kimi bizi dəstəklədilər. Görünən odur ki, çempionatda mübarizə gərgin keçəcək”.