Daha iki bölgədə

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edib.

Allsport.az xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və futbolun inkişafı fondunun icraçı direktoru Tural Piriyev Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçiriblər.

Onlar əvvəlcə FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş məşq mərkəzi və “Kəpəz” futbol akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançaya baxış keçiriblər. Klubun idarə heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.

AFFA rəsmiləri, eləcə də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. “Mingəçevir” klubunun nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıblar.

Həmin kateqoriyadan

azenrutr