- Baxış sayı: 96
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Dallas” komandasının hücumçusu Brandon Uilyams iki unsiyadan (təxminən 37 qram) az marixuana saxladığına görə həbs edilib.
Allsport.az xəbər verir ki, hadisə şənbə günü Dallas beynəlxalq hava limanında baş verib. Klubun reaksiyası hələlik məlum deyil.
Uilyams həftəsonu istirahət edib və şəxsi səbəblərə görə son iki NBA oyununu buraxıb.
Bu mövsüm 25 yaşlı basketbolçu ümumilikdə 19 dəqiqə oynayıb və üç məhsuldar ötürmə edib.