Dan imtahanı keçirildi

Azərbaycan taekvondo federasiyası (ATF) tərəfindən dan imtahanı təşkil edilib.

Allsport.az xəbər verir ki, qurumun məşq zalında keçirilən imtahana 43 (26-sı 1-ci, 17-si 2-ci dan) məşqçi və idmançı qatılıb.

Tədbirdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol, ölkəmizə dəvət olunan koreyalı mütəxəssis Ji Hyum Yeom və beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da iştirak ediblər.

Həmin kateqoriyadan