- Baxış sayı: 18
- 03 Noyabr 2026 22:47
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bohum” baş məşqçi Peter Zaydler və idman direktoru Mark Lettaunu istefaya göndərdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, “Bohum” bundesliqada 7 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu, 18-ci pilləsində qərarlaşıb.
“Son bir neçə həftə ərzində çoxsaylı müzakirələrə və səylərə baxmayaraq, idman baxımından əhəmiyyətli irəliləyişlər əldə olunmayıb. Bunu nəzərə alan klub rəhbərliyi hərtərəfli təhlillər aparıblar. Nəticə: Klubun hazırkı kadr strukturu ilə aşağı liqaya düşməkdən yayına biləcəklərinə inam yoxdur”, – klubun açıqlamasında bildirib.