- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Monpelye”nin baş məşqçisi Mişel Der Zakaryan Fransa çempionatının 8-ci turunun “Marsel”lə oyunundan (0:5) sonra istefaya göndərilib.
Allsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Loran Nikolen Fransa televiziyasına açıqlamasında bildirib.
Bu mövsüm “Monpelye” Fransa çempionatında keçirdiyi 8 matçda, 6 dəfə uduzub, 1 heç-heçə edib və 1 qələbə qazanıb. Komanda turnir cədvəlində 4 xalla sonuncu, 18-ci yerdədir.
61 yaşlı Der Zakariyan 2023-cü ilin fevralından “Monpelye”yə rəhbərlik edir. Bundan əvvəl o, 2017-2021-ci illərdə də komandanı çalışdırıb.