- Baxış sayı: 54
- 05 May 2026 14:42
- Baxış sayı: 167
- May 08, 2026
- 0

Riqa açıq birinciliyində gənclərdən ibarət millimiz uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (51 kq), Fuad Məhərləmli (55 kq) və Elcan Əliyev (78 kq) qızıl medala yiyələnib. Yalnız finalda yenilən Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) 2-ci yerlə kifayətləniblər.
Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Harun Salmanzadə (51 kq), Ziya Həsənli (59 kq), Hüseyn Xudiyev (73 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal qazanıblar.