- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0
“Monako”nun qapıçısı Daniel Subaşiç Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la 1:1 bərabərə qaldıqları oyunla bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı qolkiper səfərdə qazanılan 1 xalın böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“Səfərdə uduzmamaq hər zaman önəmlidir. Bu mənada “Qarabağ”la görüşdə qazanılan 1 xalın əhəmiyyəti böyükdür. Növbəti turda evdə bizi “Anderlext”lə böyük oyun gözləyir. Həmin görüşdən də sərfəli nəticə ilə ayrılmağa çalışacağıq”.
Qeyd edək ki, “Monako” növbəti turda evdə “Anderlext”i, “Qarabağ” isə “Tottenhem”i qəbul edəcək.