Daniel Subaşiç: ““Qarabağ”la oyundan sonra uğurlu seriyaya başladıq”

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Monako”nun qapıçısı Daniel Subaşiç, Fransa 1-ci divizionunun son turunda “Reyms”lə (1:0) oyundan sonra yerli mətbuata danışıb. Allsport.az saytı xəbər verir ki, qolkiper, açıqlamasında Azərbaycan komandasına qarşı keçirdikləri matçdan da söz açıb.

Subaşiç “Reyms” üzərindəki qalibiyyətdə “Qarabağ”la oyundakı qələbənin də rolu oldğunu bildirib: “Biz uğurlu yoldayıq. “Qarabağ”la oyundan sonra uğurlu seriyaya başladıq. Ümid edirəm ki, bu mübarizəmiz belə də davam edəcək. Demək olar ki, tam özümüzə gəlmişik. Son oyunlardan razıyam. Həm Avropa Liqasında, həm də daxili liqada yaxşı oynamalıyıq”.

Həmin kateqoriyadan