- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Dario Federiko premyer liqanın 8-ci turunda “Zirə” ilə oyundan (3:0) sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, ilk qolun müəllifi azarkeşlərin dəstəyinə görə sevindiyini deyib:
“Böyük hesabla qalib gəlsək də, asan olmadı. Çox vacib qələbə idi. Ardıcıl üçüncü qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik.
Çalışacağıq hər oyunda qalib gəlib, liderlə xal fərqini azaldaq. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Azarkeşlərin yenidən bizi dəstəklədiyinə çox sevinirəm. Onlardan hər oyunda dəstək gözləyirik”.