- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

Sabah “Qarabağ” qitə liqasının pley-off mərhələsində Belfastda “Linfild”in qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Şimali İrlandiya klubunun baş məşqçisi David Hili mətbuat konfransında görüşlə bağlı bunu deyib:
“Bizi çətin oyun gözləyir. “Qarabağ”ın avrokubok təcrübəsi var. Onlar daim qrup mərhələsində çıxış edirlər. Rəqibin APOEL Kiprinə qarşı oyununa baxdım. Düzü, 2-ci matçın nəticəsi məni təəccübləndirdi. Müsbət nəticə qazanmaq üçün, bütün səylərimizi birləşdirəcəyik”.
Xatırladaq ki, görüş saat 22:45-də başlayacaq. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına respublika stadionunda olacaq.