- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçular arasında DÇ-2018-in seçmə oyunları rekordla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin 4 görüşü 6 ölkədə baş tutan qrup matçları arasında ən çox tamaşaçı toplayanı olub. “E” qrupunun 5-ci turunda Niderlanda 3:0 hesabı ilə qalib gəldiyimiz matçı 3000 tamaşaçı izləyib.
Seçmə mərhələdə keçirilən digər 89 oyunun heç birində bu qədər fanat olmayıb. Mərkəzi qarşılaşma ilə yanaşı, millimizin Norveç (2815), Ukrayna (2910) və Danimarka (2860) ilə görüşləri də digər ölkələri arxada qoyub.
Bu siyahıda ikinci yeri Belçika (“D” qrupu) azarkeşləri tutublar. Onlar da aparıcı oyunda – İtaliya ilə qarşılaşmada üstünlük təşkil ediblər. Ev sahiblərinin 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı 2580 tamaşaçı izləyib.
Digər ölkələrdə baş tutan oyunlara gəlincə, “A” qrupunda Rusiya – Xorvatiya görüşünə 800, “B” qrupunda Polşa – Serbiya duelinə 1326, “C” qrupunda Türkiyə – Bolqarıstan matçına 1100, “F” qrupunda Portuqaliya – Sloveniya, həmçinin Estoniya – Portuqaliya oyunlarına 1000 azarkeş gəlib.
Qeyd edək ki, Bakı ilə yanaşı, qrup matçlarına Osiyek, Varşava, Sofiya, Kortriyk və Viana-du-Kaştelu ev sahibliyi edib.