- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi açıqlama verib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis yığmanın planlarından danışıb:
“Türkiyə, Belarus, daha sonra Moldova ilə yoldaşlıq oyununa çıxacağıq. Daha sonra sentyabr ayında DÇ-2022-nin seçmə mərhələsində Qətərlə qarşılaşacağıq. Bunlar qəti sınaqlardır. Türkiyə yığması böyüyür, ölkədən kənarda bir çox oyunçuları var. Öz çempionatlarındakı futbolçular demək olar ki, ehtiyat qüvvə sayılır. Yaxşı nəticələr əldə ediblər. İtaliya yığmasına Avro-2020-nin ilk matçında Türkiyəyə qarşı oyunu asan olmayacaq”.
64 yaşlı mütəxəssis “İtaliya yığmasının baş məşqçisi Roberto Mançini sizdən məsləhət alacaqmı?” sualını belə cavablandırıb:”Əgər onun daha çox məsləhətə ehtiyacı varsa, danışarıq. Amma düşünürəm ki, rəqiblərini izləyə biləcək bir keyfiyyətli müşahidəçi heyəti var”.
De Byazi Azərbaycan Premyer Liqasında komanda sayının az olmasının milliyə də təsir etdiyini deyib: “1991-ci ilədək Azərbaycan komandaları SSRİ çempionatında oynadığı zaman texniki baxımdan müsbət ssenari var idi. İndi Azərbaycanda 8 komandadan ibarət kiçik bir liqa var. Klubların heyətində 6 yerli futbolçu çıxış edir. Onlardan biri də gənc olmalıdır. Azərbaycanlı futbolçu azdır. Buna görə də seçim imkanı yoxdur. Legioner limitinin götürülməsi mənim ziyanıma olsa da, vəziyyəti yaxşıya doğru dəyişər. Çünki onsuz da çox oynadıqları üçün bəzi futbolçular arxayınlıqdan yatıblar”.