- Baxış sayı: 13
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Barselona”nın futbolçusu Frenki de Yonqun durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidməti zədə səbəbindən Niderland millisindən ayrılan yarımmüdafiəçinin zədələnməsi ilə bağlı açıqlama yayıb.
“Frenkie de Yonq sağ ayağının əzələsindən yüngül zədə alıb. Bərpa prosesi onun meydana çıxmağa hazırlığını müəyyən edəcək”, – klubun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
De Yonq Niderlandın Polşa ilə oyununda (1:1) start heyətdə başlayıb və matçın 83-cü dəqiqəsində zədə səbəbindən əvəzlənib.
O, bu mövsüm la liqada iki matçda iştirak edib.