Deflimpiya komitəsində yeni təyinat

Allsport.az saytı xəbər verir ki, Namiq Novruzov qurumun baş katibi təyin edilib. O, 1978-ci ildə Bakıda anadan olub. ABŞ-nin Tumvater orta məktəbini və Centralia kollecində təhsilini bitirdikdən sonra, müxtəlif illərdə Bakı dövlət universitetində (bakalavr), Azərbaycan respublikası prezidenti yanında dövlət idarəçilik akademiyasında (bakalavr), Rusiya prezidenti yanında xalq təsərrüfatı və dövlət idarəçilik akademiyasında (magistr) və İspaniyanın Oberta de Catalunya universitetində (magistr) təhsil alıb.

1999-cu ildən əmək fəaliyyətinə başlayıb və 25 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə (iqtisadiyyat nazirliyinin protokol xidməti sektorunun baş məsləhətçisi, gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri) çalışıb.

Avropa Şurasının idman üzrə genişləndirilmiş hüdudlu sazişi (EPAS) qurumunun idarə heyətinin və həmin qurumun Avropa ölkələrinin idman xartiyasına uyğunluğunu monitorinq edən qiymətləndirmə qrupunun üzvü, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər və idman sahəsinə dair məşvərət komitəsinin üzvü və Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında Azərbaycanın gənclər və idman nazirliyinin nümayəndəsi olub.

Həmçinin, Bakı-2015 Avropa oyunları, Bakı-2017 İslam həmrəyliyi oyunlarının təşkilində yaxından iştirak edib.

Həmin kateqoriyadan