- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“L’Équipe” nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, PSJ klubunun hücumçusu Osman Dembele kişilər arasında Fransada ilin idmançısı seçilib.
Siyahıda ikinci yeri üzgüçü Leon Marşan, üçüncü pilləni isə yelkənli qayıq idmanı ustası Şarli Dalen tutub. Dembelenin həm klubda, həm də millidəki komanda yoldaşı Dezire Due isə doqquzuncu yerdə qərarlaşıb.
Qadınlar arasında ilin idmançısı fəxri adına “Tur de Frans” veloyürüşünün qalibi Polin Ferran-Prevo layiq görülüb.