- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin sabiq futbolçusu Deni Qaysumov Avroliqanın 4-cü turunda keçirilən “Qarabağ” – “Monako” matçına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən ğörüş barəsində belə deyib:
“Qarabağ” “Monako”ya qarşı çox yaxşı oynadı. Birinci hissədə komandamız rəqibini oyun planında xeyli üstələyirdi. Amma ikinci yarıda “Qarabağ” həmin oyunu təkrarlaya bilmədi və üstünlüyü “Monako”ya verdi. Qolu da ona görə buraxdılar.
Amma ondan sonra “Qarabağ” yenidən üstünlüyə yiyələndi və rəqib qapısı qarşısında qol vəziyyətləri yaratmağa başladı. Qurban Qurbanovun komandası yenə çox maraqlı çıxış etdi.
“Qarabağ” qrupdan çıxmaq şanslarını saxlayır. Amma bunun üçün onlar qalan son iki oyunda mütləq qələbə qazanmalıdırlar. Onlara uğurlar arzulayıram. İnanıram ki, uğur qazana biləcəklər”.