Denis Silvanın vida sözü: Azərbaycan tariximizin bir parçasıdır

“Keşlə”dən ayrılan braziliyalı futbolçu Denis Silva ölkəmizi birdəfəlik tərk etməyə qərar verib. Allsport.az saytı xəbər verir ki, 11 il Azərbaycanda oynamış 34 yaşlı müdafiəçi Feysbuk hesabında vida sözünü yazıb: 

“Bu 11 il ərzində yaşadığımız hər şey üçün təşəkkürlər. Bir çox zəfər, bir çox təcrübə, anladılacaq hekayələr, bir çox dostluq və düşmənlik. Ancaq ən önəmli olan bu ölkə üçün yaratdığımız duyğu idi. Özümüzü evdə hiss edirdik və xoşbəxt idik. Təəssüf ki, ayrılmaq zamanı gəldi. Qalanlar bizi xatırlayacaqmı, yoxsa darıxacaqlarmı, bilmirəm.

Ancaq ikinci milliyətimiz üçün darıxacağımızdan əminik. Çünki özümüzü azərbaycanlı kimi hiss edirik. Bu ölkə tariximizin bir parçasıdır. Evliliyimizə burada başladıq və qızımız burada dünyaya gələndən sonra Azərbaycanda bir həyatımız oldu. Daim qəlbimizdə bizimlə birlikdə olacaq. Təşəkkürlər, Azərbaycan!”

O, 2008-10-cu illərdə “Xəzər Lənkəran”da,  2010-12 və 2013-15-ci illərdə “Neftçi”də oynayıb. Təcrübəli müdafiəçi 2015-ci ildən “Keşlə”nin uğurları üçün çalışıb.

Həmin kateqoriyadan