Deputat 4-qat dünya çempionu ilə kumiteyə çıxdı

Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev Bakı 2015 1-ci Avropa Oyunlarının favoritlərindən sayılan Azərbaycan karateçiləri ilə birgə növbəti dəfə təlim-məşqlərdə iştirak edib.  Allsport.az saytı xəbər verir ki,  “İnter Arena”da yerləşən Milli Karate Federasiyasının təlim-məşq bazasında federasiya prezidenti Yaşar Bəşirov və baş məşqçi Rəhman Hətəmovla birgə komandanın heyəti ilə hazırlıqlarda, qarşıda duran məsul və şərəfli vəzifə haqqında ətraflı söhbət də aparılıb.

AKFA-nın prezidenti və AMKF-dən olan həmkarı milli komandanın üzvləri ilə yığıncaqda idmançılarımızın yüksək nəticələr qazanılmasının ölkə başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunduğunu bildiriblər. Rəsmilər ölkə rəhbərinə, eləcə də Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürlərini bildirirərək, digər sahələrdə olduğu kimi idmana da göstərilən dəstəyin davam etdirildiyini diqqətə çatdırıblar.

Artıq 10 ilə yaxındır ki, baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan karatesinin inkişafına dəstək göstərildiyini qeyd edən Ülvi Quliyev və Yaşar Bəşirov, idmançılarımızın Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaq şanslarını yüksək dəyərləndiriblər.

Həmin kateqoriyadan