- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Azərbaycan derbisində ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur – 9 oyun (02.05.2023-dən indiyədək davam edir). Allsport.az xəbər verir ki, komandalar arasında ən uzun heç-heçə sıralaması 2 dəfə qeydə alınıb – 3 oyun (12.02.1995-06.03.1996 və 25.11.2007-08.11.2008). “Neftçi”nin ən uzun qələbə seriyasından 21 il ötüb – 3 oyun (11.07.2003-05.12.2004).
Derbidə ən uzun qələbəsiz sıralama “Neftçi”nin passivindədir – 16 oyun (19.05.2021-dən indiyədək davam edir). Ən uzun heç-heçəsiz sıralama 10 oyun olub (20.09.2020-02.12.2022).
“Qarabağ”ın ən uzun qələbəsiz sıralaması 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994-11.12.1996, 22.08.2005-08.11.2008).
Ən uzun qol sıralaması “Qarabağ”ın aktivindədir – 16 oyun (12.09.2021-dən indiyədək davam edir). “Neftçi”nin ən uzun qol sıralaması 6 oyundan ibarətdir (11.07.2003-16.02.2006).
Hər iki klubun ən uzun qolsuz sıralaması 5 oyun davam edib – “Qarabağ” (16.02.2006-17.05.2008), “Neftçi” (26.04.2009-15.05.2010 və 04.05.2024-indiyədək).