“Devis kuboku”nda Ermənistana qalib gəldilər, düşməni qrupda saxladılar

Allsport.az saytı xəbər verir ki, Monteneqroda mötəbər yarışın 4-cü qrupunda Azərbaycan millisindən Kənan QasımovSəfər Rəsulov baş məşqçi Yalçın Manaflının rəhbərliyi ilə Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək, növbəti mərhələyə yüksəliblər.

Son olaraq komandamız Ermənistan ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.

Həmin kateqoriyadan