- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Əl-İttihad” yarımmüdafiəçisi Musa Diabinin “İnter” komandasına keçidinə icazə verməyib.
Allsport.az xəbər verir ki, Səudiyyə təmsilçisi Milan klubunun fransalı futbolçunu 35 milyon avroya birdəfəlik almaq hüququ ilə icarəyə götürmək təklifini rədd edib.
Bildirilir ki, “Əl-İttihad” rəhbərliyi bu şərtlərlə oyunçunun komandanı tərk etməsinə razı olmayıb, lakin tərəflər arasında danışıqlar davam edir.
Diabi cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 16 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.