- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

“Real Madrid”in hücumçusu Brahim Dias klubla müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəlib.
Allsport.az xəbər verir ki, tərəflər arasında razılıq hələ ötən yaydan əvvəl əldə olunub. Mərakeşli yarımüdafiəçinin hazırkı müqaviləsi 2027-ci ildə başa çatırdı. Cari mövsümdə la liqa və çempionlar liqasında cəmi 4 matça start heyətində başlamasına baxmayaraq, 26 yaşlı futbolçu komandada qalaraq əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.
Dias Mərakeş millisinin heyətində Afrika millətlər kubokunun qrup mərhələsində ardıcıl üç oyunda qol vuraraq yüksək forma nümayiş etdirir.