Dibala vətəninə qayıdır

“Roma”nın ulduz futbolçusu Paulo Dibala yayda İtaliyanı tərk edə bilər.

Allsport.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda bitən 32 yaşlı hücumçunun Argentinanın “Boka Xuniors” klubu ilə danışıqlar apardığı bildirilir.

“Roma” rəhbərliyi ona daha aşağı maaşla yeni müqavilə təklif etməyi düşünsə də, futbolçunun vətəninə qayıtmaq ehtimalı yüksəkdir.

Dibala cari mövsümdə 22 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan