- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Yeni mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi bağlanmamış “Qarabağ” gözlənilən keçidi həll edib. Allsport.az saytı xəbər verir ki, hücum mövqeyinə futnolçu almağı planlaşdıran klub uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb.
“Qarabağ” Cənubi Afrika millisinin üzvü olan, ötən mövsüm Kipr çempionatında “Anartosis”in heyətində 16 qolla yarışın ən məhsuldar 2-ci futbolçusu olmuş Dino Ndlovunun keçidini rəsmiləşdirib. 26 yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da top qovub. Son mövsüm “Anartosis”in heyətində ulduzu parlayan forvard bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Dino klub saytına verdiyi açıqlamada “Qarabağ”a keçidi haqda danışıb: “Qarabağ”a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, “Qarabağ”da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır”.
Ndlovu axşam məşqində komandaya təqdim olunub, daha sonra futbolçu çalışmalara start verib.