Dmitri Kramarenko “Neftçi”nin qapıçıları barədə nə deyib?

“Neftçi”nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko klub televiziyasına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qolkiperlərin işindən razı olduğunu deyib:

“Bizdə yoxlanışda iki qapıcı var idi. Santini – artıq müqavilə imzalayıb, ona qədərsə çernoqoriyalı qapıçı Miloş (Milan Miyatoviç) var idi, amma tibbi müayinə zamanı problemləri ortaya çıxdı, buna görə də onu geri göndərməyə məcbur olduq. Prinsipcə, qapıçıların işindən razıyam.

Hazırda toplanışda Santini, Maksim Vaylo və Kamran İbrahimov var. Uşaqlar səylə çalışırlar, məşq edirlər. Santini təcrübəli qapıçıdır, 29 yaşı var, uzun müddət Ukrayna çempionatında, eləcə də öz ölkəsi Xorvatiyada çıxış edib. Fikrimcə, proqrama əsasən biz onu birinci oyunadək tam hazır vəziyyətə çatdıracağıq”.

Həmin kateqoriyadan