- Baxış sayı: 14
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 17
- Dekabr 05, 2025
- 0
«Yaxşı oyun oldu. Bir daha sübut etdik ki, yarış cədvəlində həqiqi mövqeyimiz birinci yerdir».
Bunu allsport.az saytına açıqlamasında «Qəbələ»nin futbolçusu Luis Hilario dedi. Yarımmüdafiəçi bildirdi ki, son dəqiqədə təhlükəli vəziyyəti qola çevirə bilməməyinə təəssüflənir:
«Hə, son anda zərbəm qapı dirəyinə tuş gəldi. Nə etmək olar? Bu, futboldur. Belə şeylər təbiidir».