Dodo: “Qəbələ”nin Avropa Liqasındakı çıxışını müsbət qiymətləndirirəm”

“Qəbələ”nin kapitanı Dodo Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Rusiya “Krasnodar”ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında bunları söyləyib:

“Komandamız pley-offa çıxmaq şansını itirsə də, son qarşılaşmaya yüksək motivasiya ilə çıxacaq. Çünki qrup mərhələsini qələbə ilə başa vurmaq istəyirik. İlk qələbəmizi qazanmaq üçün var gücümüzü sərf edəcəyik. Avroliqadakı çıxışımızı müsbət qiymətləndirərdim. Heç kimin inanmadığı halda qrup mərhələsinə vəsiqə qazandıq. Hər bir matçda sonadək mübarizə apardıq. Belə bir turnirin qrup mərhələsinə düşmək heç də asan deyil”.

Həmin kateqoriyadan