Dohada Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 21-ci baş assambleyası keçiriləcək

12-18 noyabrda Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 21-ci baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, bu təşkilatın beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edəcəklər.

Toplantı çərçivəsində adı çəkilən qurumun gənclər, beynəlxalq əlaqələr, idmançılar və marketinq komissiyalarının iclası, həmçinin İcraiyyə Şurasının yığıncağı keçirilməsi nəzərdə tutulub. Növbəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasınn 22-ci baş assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.

Həmin kateqoriyadan