Donald Tramp: Paris olimpiadasının açılışı biabırçılıq idi

Allsport.az saytı xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Parisdə keçirilən olimpiadanın açılış mərasimindən danışıb: “Mən çox geniş dünyagörüşlü insanam. Lakin onların etdikləri biabırçılıq idi”.

Oyunlarının açılışı bir sıra təxribat xarakterli epizodlara görə ciddi tənqid edilib. Özəlliklə, mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.

Paris-2024-də açılış mərasimi təsadüfi situasiyalarla da yadda qalıb: Eyfel qülləsi yaxınlığında olimpiya bayrağı bayraq dirəyinə tərs asılıb və stadionda diktorlar Cənubi Koreyadan olan idmançıları – KXDR nümayəndələri elan ediblər.

Bizə qarşı isə, qərəz nümayiş etdirərək, Azərbaycan millisinin keçidi zamanı “Fransa-2” TV-nin aparıcısı ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim edib. 

Həmin kateqoriyadan