- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

Avropa liqasının “E” qrupunda 2-ci turda “Düdelanj” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü Şotlandiyadan olan briqada idarə edəcək.
Oyunun baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. 4-cü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
Oktyabrın 3-də Lüksemburqda matç saat 23:00-da start götürəcək.