- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın qitə liqasında rəqiblərindən olan “Düdelanj”ın (Lüksemburq) məşqçisi Bertrand Krasson “A” qrupunda səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışıb. Allsport.az saytı xəbər verir ki, 47 yaşlı mütəxəssis karyerasının ən gözəl gününü yaşadığını deyib:
“Böyük oyun keçirdik. Hesabda geri düşdükdən sonra ruhdan düşmədik. Futbolçularımın hamısı məni təəccübləndirdi. Hesab 2:3 olduqdan sonra lap inanılmaz oldular. Belə bir rəqibə dörd qol vurmaq hər şeyi deyir. Çox xoşbəxtik.
Qrupda durum? Kağız üzərində favorit göstərilmirik, üzərimizdə basqı azdır. Rahat oynayırıq. Avropa liqasının qrup mərhələsi hər bir futbolçuya hədiyyədir. “Sevilya”, “Qarabağ” və APOEL çempionatlarında hökmranlıq edən klublardır. Bu komandalara hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik”.