“Düdelanj”la matç öncəsi “Qarabağ” Premyer Liqanın gümüş mükafatçısı darmadağın etdi

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” klubu Çempionlar Liqasında qarşılaşacağı Lüksemburq “Düdelanj”ı ilə ilk matçın hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi dünən yoxlama oyununda qüvvəsini sınayıb.

Rəqib, ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı olan “Zirə” klubu olub. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Qurban Qurbanovun komandası bu görüşdə 4:0 hesablı qələbəyə sevinib. İlk üç qolu het-trikə imza atan Reynaldo vurub. Matçda son nöqtəni isə Dani Kintana qoyub.

Xatırladaq ki, “Qarabağ” iyulun 12-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ı ilə qarşılaşacaq. Həmin matç saat 21:00-da Respublika stadionunda start götürəcək.

Həmin kateqoriyadan