- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Lüksemburqun “Düdelanj” klubunun yarımmüdafiəçisi Sofian Benzuen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olmalarını şərh edib. Allsport.az saytı xəbər verir ki, o, ölkə mətbuatına açıqlamasında bunu söyləyib:
“Bu rəqib barəsində kifayət qədər məlumatım var. Oyunlarını görmüşəm. Bəxtimizin gətirib-gətirmədiyini deyə bilmərəm. Bircə onu bilirəm ki, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Vaxtilə Belçika “Anderlext”inin oyunçusu olduğum üçün bu komandanın bütün oyunlarını izləməyə çalışıram. “Qarabağ”ın oyununu da həmin vaxt görmüşəm. Bu iki klub Avropa Liqasının qrup mərhələsində qarşılaşmışdı.
“Qarabağ” ev oyununda hətta “Anderlext”ə qalib gəlmişdi. “Qarabağ”ın göstərdiyi oyuna təəccüblənmişdim. Bütün futbolçuları güclü, texnikalıdır. Bunu nəzərə alıb deyə bilərəm ki, bizi çox çətin oyunlar gözləyir. Amma meydana məğlub olmaq üçün çıxmayacağıq. Qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, “Qarabağ”a müqavimət göstərə biləcəyik. Yalnız uğurlu nəticəyə ümid edirik”.