- Baxış sayı: 87
- 23 Sentyabr 2024 10:30
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, iclasda DAF-ın prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, vitse-prezident Emil Rəhimov, idarə heyətinin sədri Vasif Namazov, üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Nəzarət təftiş komitəsinin sədri Rafiq Qasımov və başqaları iştirak ediblər.
Toplantıda DAF-ın idarə icra strukturuna seçki keçirilib. Tural Abasquliyev federasiyasının təşviqat və inkişaf üzrə vitse-prezidenti, Firuzə Cəlilova isə ictimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri seçilib. Digər strukturlarına yaxın günlərdə yeni rəhbərlərin təyin olunması ilə bağlı müzakirələr aparılıb.
DAF – bu milli idman növünü inkişaf etdirmək məqsədilə, 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla, 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. İMGC, Fair-Play, İCSSPE, İSNO, GAVSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür.