- Baxış sayı: 58
- 19 Dekabr 2025 23:03
- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Dohada gənc cüdoçular arasında dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə daha bir idmançımız fərqlənib. 90 kq-da çıxış edən Firudin Dadaşov da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Dünən Hidayət Heydərov (66 kq) eyni nəticəni göstərmişdi. Yarışa sabah yekun vurulacaq. Son rəqabətdə bir təmsilçimiz tatami üzərinə çıxacaq. Bu, Cəlil Şukürovdur (100 kq).