- Baxış sayı: 57
- 19 Dekabr 2025 23:03
- Baxış sayı: 137
- Dekabr 19, 2025
- 0


Beynəlxalq Cüdo Federasiyası dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var.
Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.
86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AzTV (İdman Azərbaycan) və “CBC Sport” telekanalları vasitəsilə yayımlanacaq.