- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirvə” daha bir möhtəşəm turniri müvəffəqiyyətlə təşkil etdi. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində müxtəlif ölkələrdəki filiallar arasında dünya çempionatının final mərhələsi keçirildi. Dekabrın 24-25-də Türkiyənin paytaxtı Anqarada yerləşən “Altunpark-Axarsu” İdman Kompleksində baş tutan bu yarışda 11 ölkədən – Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, İran, Gürcüstan, Polşa, Bolqarıstan, Belarus, Ukrayna və Moldovadan 100-ə qaxın ağırlıqqaldıran mübarizə apardı.
Böyük marağa səbəb olan bu rəqabətdə final mərhələsi klubların mübarizəsi idi. İdmançılar fərdi nəticələrlə yanaşı, təmsil etdikləri klublara da xal qazandırırdılar. Sonda müvafiq xallara uyğun olaraq komanda sıralaması tərtib olundu və 1-6-cı yeri tutan klublar mükafatalandırıldılar. Çempionat 8 yaş qrupu üzrə keçirilirdi və qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdi. Yarış iştirakçıları seçmə mərhələdə göstərdikləri nəticələrə əsasən müəyyən edilmiş, ən yaxşılar finala dəvət edilmişdi.
Yarışa gəlincə, 8 yaş qrupunda 86 idmançı – 30 qadın və 56 kişi ağır atlet medallar uğrunda mübarizə apardılar. Sinkley cədvəli üzrə keçirilən turnirdə maraqlı mübarizənin şahidi olduq. Hər çəki, hər xal uğrunda rəqabət bizlərə xoş anlara yaşatdı. İki günün sonunda Gamze Yayla (Türkiyə), Anastasiya Romanova (Ukrayna), Prişepa Natalya (Moldova), Manafov Yaqub (AZƏRBAYCAN), Ahmet Çağlar (Türkiyə), Dadaş Dadaşbəyli (AZƏRBAYCAN), Andrian Zbirnea (Moldova) və Andriy Gentoş (Ukrayna) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
İdmançıların fərdi qələbələriylə yanaşı, komanda hesabında da sıralama müəyyən edilmişdi. Üzvlərinin yarışda topladıqları Sinkleyr xalları toplanması üsulu ilə qalib adını “Abşeron-Zirvə” Klubu qazandı. Bu komandanın 7 üzvü toplamda 2 178.55 xal toplayaraq bütün rəqiblərini üstələdilər.
Ənənəyə uyğun olaraq hər yarışında sonunda keçirilən banketdə bu kluba Çempionluq Kuboku təqdim edildi. Mükafat klubun baş məşqçisi Ağakərim Kərimova “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov tərəfindən verildi.
Bununla yanaşı, həmin mərasimdə ikinci yeri tutan “Ankara-Zirvə” (Yasin Arslan) və üçüncü olan “Samux-Zirvə”nin (Abdalov Rayət), həmçinin növbəti üç yeri tutan klublara da kuboklar təqdim olundu. Böyük dostluq və yüksək əhval-ruhiyyə içində keçən bu bağlanış mərasimində yaşanan xoş anlar idmançılar, məşqçilər, ümumilikdə bütün yarış iştirakçıları üçün unudulmaz bir xatirə kimi qaldı.
Klubların son sıralaması ilə aşağıdakı cədvəldə tanış ola biləcəksiniz. İlk üç yeri tutan komandaların baş məşqçilərin fikirləri də maraqlı oldu. İlk olaraq, bürünc mükafatı sahibi, “Samux-Zirvə” klubunun baş məşqçisi Abdalov Rayət turnir haqqında fikirlərini bölüşdü: “Üçüncü yeri tutmağımız xoş oldu. Yetimələrimin çıxışı məni qane etdi. Düzdür, daha yaxşı da yarışa bilərdik. Gülçin Əlizadə zədə üzündən formasından bir qədər uzaq idi. Bu olmasaydı, fərqli nəticə də ola bilərdi. Ancaq bürünc mükafat da bizim uğurumuzdur. Komandamız bu yarışa yaxşı hazırlaşmışdı və əziyyətimizin nəticəsini də gördük. Bu dünya çempionatı ən yüksək standartlara uyğun keçirildi. Bütün şəraitlə təmin olunduq, heç bir problemimiz olmadı. Bütün bunlara görə, klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edirəm!”
Gümüş medallar “Ankara-Zirvə”nin hesabına yazıldı. Klubun baş məşqçisi, sabiq ağır atlet Yasin Arslan da hər şeydən razı görünürdü: “Hələ avqustda turnirə qatılanda yer tuta bilməmiş, kubok qazanmamışdıq. Bu dəfə qarşımıza məhz medalçılar sırasında olmağı məqsəd qoyduq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bu yarışda iştirakın özü belə böyük fəxr idi. Klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edirəm ki, belə bir çempionatının təşkilini etdi. Çox yüksək səviyyəli bir turnirin şahidi olduq. İstər yarışın özü, istərsəd də ondan kənarda görülən işlər alqışalayiq idi. Biz də bu böyük ailənin bir parçası olmaqdan qürur duyuruq. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin”.
Qızl medallar isə qeyd etdiyimiz kimi, “Abşeron-Zirvə” klubuna qismət oldu. Baş məşqçi, gənc mütəxəssis Ağakərim Kərimov hisslərini belə ifadə etdi: “Qalib gəlmək çox xoşdur. Bizim komanda yaxşı idmançılardan təşkil olunmuşdu. Qarşımızdakı məqsəd yalnız çempionluq idi ki, buna da nail olduğumuza görə sevinirəm. Bu dünya çempionatında güclü rəqabət vardı. Bir çox ölkələrdən gələn idmançılar qələbə uğrunda sona qədər mübarizə apardılar. Bu səbəbdən də qızıl medalı qazanmağımız bizim üçün gələcək yarışlarda böyük stimul olacaqdır. “Zirvə” İdman Klubu Azərbaycanın ən güclü klublarındandır və bu çempionatın təşkili səviyyəsi bunu bir daha göstərdi. Klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edir, gələcək yarışlarda da onun etimadını doğruldacağımıza inanırıq”.