Dünya çempionatına 9 taekvondoçu ilə

24–30 oktyabrda Çinin Uşi şəhərində keçiriləcək taekvondo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycanı 9 idmançı təmsil edəcək.

Allsport.az xəbər verir ki, Azərbaycan taekvondo federasiyasının icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında komandamız çempionatda aşağıdakı idmançılarla çıxış edəcək:

Kişilər:

Bəhruz Quluzadə – 54 kq

Qaşım Maqomedov – 58 kq

Fuad Təhməzov – 63 kq

Riyad Şirəliyev – 68 kq

Cavad Ağayev – 74 kq

Taleh Süleymanov – 80 kq

Eltac Qafarov – 87 kq

Qadınlar:

Minayə Əkbərova – 46 kq

Səmərrux Osmanova – 49 kq

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.

Həmin kateqoriyadan