Dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçdi

2023-cü ildə güllə atıcılığı üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, beynəlxalq idman atıcılığı federasiyasının icraiyyə komitəsi bu barədə qərar qəbul edib. Yarış Rusiyada olmalı idi. Lakin 30 iyun 2021-ci ildə İSSF nəzərdə tutulan bütün tədbirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib.

Bu qərar idman arbitraj məhkəməsinin 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə 2 il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.

2022-ci il martın 7-də İSSF icraiyyə komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. Rusiya həmçinin 2022-ci ilin avqust və sentyabr aylarında stend atıcılığı üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib.

Turnirin Azərbaycanda təşkili 2023-cü ildə 14-31 avqustda planlaşdırılır.

Həmin kateqoriyadan