Dünya çempionatında 7 gülləatanımız

26 sentyabr – 7 oktyabrda Perunun paytaxtı Limada gənc atıcıların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 12 gün davam edəcək mötəbər yarışda 51 ölkədən 566 idmançı mübarizə aparacaq. Azərbaycan yarışlarda 7 idmançı ilə təmsil olunacaq.

Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açacaqlar.

Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəng ilə atəş, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açmada ölkəmizi təmsil edəcək.

Qarışıq komanda yarışlarında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə çıxış edəcəklər.

Həmin kateqoriyadan