- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatının 48 komandadan 64 komandaya qədər genişləndirilməsinə dəstək vermək niyyətindədir.
Allsport.az xəbər verir ki, genişləndirmə təklifini cənubi Amerika futbol konfederasiyasının prezidenti Alexandro Dominqes təqdim edib.
Təsdiq olunarsa, turnir hər birində dörd komandadan ibarət 16 qrupda keçiriləcək. Oyunlar altı ölkədə təşkil olunacaq: açılış oyunları Uruqvay, Paraqvay və Argentinada, əsas mərhələ isə İspaniya, Portuqaliya və Mərakeşdə.
FİFA daha əvvəl 2031-ci il qadınlararası dünya çempionatını 48 komandaya genişləndirmək qərarına gəlib. Əvvəllər turnirlərdə 32 komanda iştirak edirdi.